!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uyğunluğun qiymətləndirilməsinin ETİBARLI ADRESİ - "AZUNİSERT"

!Reklam – Yazi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən uyğunluğun qiymətləndirilməsi, dövrü inspeksiyanın keçirilməsi üzrə akkreditə olunmuş “AZUNİSERT” şirkəti laboratoriyaların akkreditasiyasının keçirilməsi üzrə konsaltinq xidmətləri də göstərir.

Yenicag.az xəbər verir ki, “AZUNİSERT” metroloji xidmətlər sahəsində Azərbaycanda beynəlxalq səviyyədə akkreditə olunmuş yeganə şirkət olan “Optimum Metrology Services” MMC ilə əməkdaşlıq edir.

Şirkətin baş direktoru Mənsim Babayev Yenicag.az-a açıqlamasında fərqli sahələr üzrə uyğunluğun qiymətləndirilməsi ilə məşğul olduqlarını bildirib:

“Biz elektronika sənayesi, mühəndislik məhsulları, tikinti, yol və kommunal mühəndislik məhsulları, yanğın təhlükəsizliyi cihazları, metal emalı avadanlıqları, meşə emalı məhsulları, hesablama avadanlığı, fərdi kompüterlər və digər istehlak mallarının uyğunluğunun qiymətləndirilməsi ilə məşğul oluruq.

“AZUNISERT” uyğunluq qiymətləndirmə şirkəti olaraq, rabitə vasitələri, tikinti materialları, avtomobillər və onların ehtiyat hissələri, yüngül sənaye məhsulları, neft və neft-kimya məhsulları, qida və qeyri-ərzaq məhsulları daxil olmaqla, bununla məhdudlaşmayan geniş çeşidli məhsul və xidmətlərin sertifikatlaşdırılmasını təmin edir”.

Mənsim Babayev  şirktəin beynəlxalq əlaqələrindən də danışıb:

“Şirkət 29 dekabr 2017 -ci ildə Qazaxıstan Milli Akkreditasiya Mərkəzi (NCA) tərəfindən ISO 17025 standartına uyğun olaraq sınaq və kalibrləmə laboratoriyası olaraq akkreditasiya edilmişdir. Akkreditasiya zamanı Qazaxıstan Milli Akkreditasiya Mərkəzini seçməyin əsas məqsədi NCA -nın 2010 -cu ildən ILAC -ın tamhüquqlu üzvü olmasıdır bu isə ILAC MRA birləşmiş markasından istifadə etmək hüququ verir”.

Qeyd edək ki, uyğunluğun qiymətləndirilməsi, malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda və ya texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesdir.

Sertifikatlaşdırmanın əsas məqsədi insan həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulların (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulların (proseslərin, xidmətlərin) düzgün seçilməsində kömək etmək, beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıq və beynəlxalq ticarət üçün sağlam zəmin yaratmaqdır.

Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması məcburi və könüllü olaraq iki üsulla həyata keçirilə bilər.

Məcburi sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi) – məhsulların, proseslərin və xidmətlərin səlahiyyətli orqan tərəfindən verilən normativ sənədlərdə nəzərdə tutulmuş məcburi tələblərə uyğunluğunun təsdiqidir.

Məcburi sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi) ətraf mühitin qorunması, insan həyatının, sağlamlığının və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar məhsul və xidmətlər üçün həyata keçirilir. Bütün istehsalçıların bu mallar üçün qanunla müəyyən edilmiş tələblərə riayət etməsi məcburidir.

Könüllü sertifikatlaşdırma (uyğunluğun qiymətləndirilməsi) – istehsalçının (icraçı, satıcı, təchizatçı), məhsul istehlakçısının, habelə dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında həyata keçirilən sertifikasiyadır.

Könüllü sertifikatlaşdırma, hökumətin məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət edilməsini tələb etmədiyi hallarda həyata keçirilir. Könüllü sertifikatlaşdırma məcburi təhlükəsizlik tələbləri olmayan məhsullar üçün həyata keçirilir. Bundan əlavə, könüllü sertifikatlaşdırma etibarlılığa, estetikaya, erqonomikaya, qənaətə əsaslanır və göstəriciləri yoxlayaraq keyfiyyətsiz malların bazara çıxarılmasını məhdudlaşdırır. Bu halda könüllü sertifikatlaşdırma məcburi sertifikasiyanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyil.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv