!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzanan müharibə, tükənən dövlətlər: Bu savaşda kim uduzur, kim udur?

!Reklam – Yazi

“Heç bir halda müharibənin yekunu etibarı ilə Rusiya tərəfi karlı çıxmayacaq”.

Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ səfəri fonunda müharibənin daha da şiddətlənmə ehtimalını dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin uzun müddət davam etməsi resurslara bağlıdır:

“Görünən odur ki, Rusiya resursları müharibəni davam etdirməyə imkan verir. Ukraynanın müharibənin davamı üçün vasitələri məhdud idi. Zelenski ABŞ səfəri ilə iki istiqamətdə istəyinə nail oldu. Bunun biri psixoloji idi. Konqresin hər iki palatası onu on dəqiqə ayaq üstə alqışladı. Təbii ki, Putin və ətrafı da buna baxırdı. Bu, sırf psixoloji hissə idi. Bununla həm də ABŞ müharibədə Ukraynanın yanında nə qədər olacağını göstərdi. Bu, effekt verəcək. Çünki bunun arxasında maliyyə vəsaitlərinin ayrılması durur. Təxminən bir milyard səkkiz yüz milyona yaxın maliyyə vəsaiti ayrıldı. Xüsusilə “Patriot” raket sistemlərinin Ukraynaya verilməsi də qərarlaşdırıldı.

“Patriot” hava hücumundan müdafiə sistemləri ən öndə gedən sistemdir. Ukraynanın gücünün zəif hissəsi də raket müharibəsində bu idi. Artıq taktiki səviyyədə mühribə getmir. Hazırda raket müharibəsi gedir. Ukrayna həm Rusiya raketlərinin, həm də İranın “Şəhid” PUA-larının zərərsizləşdirilməsi üzərinə bu kompleksləri silahlanmaya daxil etsə, müharibənin bu mərhələsində üstün tərəf olacaq. Hər bir halda müharibədə zamanının uzanması Ukraynanın lehinə işləyəcək. NATO-nun hərbi, maliyyə gücü fonunda Rusiyanın Belarusla müttəfiqliyi cüzi effekt verəcək. Hətta ABŞ-nin hərbi beyin mərkəzləri Krımın gələn ilin avqust ayında azad ediləcəyini proqnozlaşdırırlar. Bu o deməkdir ki, planlar da var. ABŞ və NATO Ukraynanı dəstəkləyəcək.

Statistika da göstərir ki, Rusiyanın da hərbi gücü tükənməz deyil. Raketlər də günün birində tükənəcək.

Hesab edirəm ki, müharibənin taleyini Rusiya həll etməyəcək. Bunu həll edəcək Ukrayna və onun müttəfiqləri olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv