!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uzanan Rusiya-Ukrayna münaqişəsi III Dünya müharibəsinə səbəb ola bilər” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya bütün ehtimalları nəzərə alaraq Çin, İran, Şimali Koreya ilə müttəfiqlik haqda bəyannamə imzalayıb”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda gələcək proseslərin necə inkişaf edəcəyindən danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya-Ukrayna müharibəsinin taleyini dəyişmək üçün iki yol var:

“Rusiya-Ukrayna müharibəsinin taleyini dəyişmək, yaxud sonlandırmaq üçün ya Rusiyada hakimiyyət dəyişikliyi olmalı, ya da ABŞ və Qərb Ukraynaya yardımını dayandırmalıdır. Lakin davam edən proseslərdən nə Rusiyada hakimiyyət dəyişikliyi olacağı, nə də Qərbin Ukraynaya dəstəyinin dayanacağı görünür. Belə olan təqdirdə isə münaqişənin hələ bir müddət daha davam edəcəyi gözlənilir.

Münaqişənin uzanması iqtisadi cəhətdən dünyanın üzərini örtən qara buludların daha da sıxlaşması deməkdir. Davam edən bu münaqişə daha çox uzanarsa, 3-cü dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Çünki Rusiya da boş oturmayıb, bütün ehtimalları nəzərə alaraq Çin, İran, Şimali Koreya ilə müttəfiqlik haqda bəyannamə imzalayıb. Gələcəkdə müharibənin hələ davam edəcəyi, sonlandırılması üçün zəmin yaranmadığı müşahidə olunur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv