!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzərində tapança gəzdirən şəxs saxlanıldı

!Reklam – Yazi

Bakıda əldə etdiyi “Makarov” tapançasını könüllü şəkildə polisə təhvil vermək əvəzinə özündə saxlayan şəxs yeni ilin ilk günü saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşlara müraciət edir ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir: “Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər”.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv