!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi təşkil ediləcək

!Reklam – Yazi

2023-cü il sentyabrın 25-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərginin açılış mərasimi keçiriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyası tərəfindən təşkil olunan sərginin ekspozisiyasına jurnalist-fotomüxbir Rüstəm Qasımovun Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından çəkdiyi şəkillər daxil edilib.

Dahi Azərbaycan bəstəkarı, musiqişünası, dramaturqu, pedaqoqu və ictimai xadiminin yaradıcılığının geniş və çoxşaxəli olmasına baxmayaraq, ziyarətçilərə Rüstəm Qasımovun son bir neçə ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunan yuxarıda qeyd edilən 4 tamaşadan çəkdiyi fotoşəkillər təqdim olunacaq.

Ekspozisiyaya əvvəldən quruluş verilən heç bir fotoşəkil daxil edilməyib. Bütün kadrlar istisnasız olaraq tamaşaların nümayişi zamanı çəkilib. Sərgilənən fotoşəkillərin unikallığı da məhz bundadır. Çünki lentə köçürülən hər bir an böyük olmayan tarixdən bəhs edə bilər. Bunlar sadəcə statik kadrlar yox, davam edən hadisəni, dinamikanı, emosiyanı, hissi, ovqatı, həyəcanı əks etdirən fotoşəkillərdir. Şəkillərdə əsas diqqət emosional tərkibə, mimika və jestlərə yönəldilib. Fotolar Azərbaycan incəsənət ustalarının ifasında canlandırılan Üzeyir Hacıbəylinin operalarının və musiqili komediyalarının sevilən obrazlarının xarakterini dolğun şəkildə açır.

Sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən ölkəmizdə bu il 18-28 sentyabrda keçiriləcək Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.

Həmin gün Opera Studiyasında “Arşın mal alan” musiqili komediyası da nümayiş etdiriləcək.

Məkan: Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyası

Tarix: 25 sentyabr 2023-cü il

Sərginin açılışı: Saat 18:00

Ünvan: Rəşid Behbudov küçəsi, 41

Sərgiyə giriş sərbəstdir.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv