!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

ÜZÜCÜ XƏBƏR: Məşhur aktyorun ömrünə az qalıb - VİDEO

!Reklam – Yazi

Məşhur aktyor Brüs Uillisin bir ildən az ömrü qalıb.

Yenicag.az Closer Weekly-ə istinadla xəbər verir ki, 68 yaşlı Hollivud aktyoru Brüs Uillisin sağlamlıq vəziyyətinin təfərrüatları açıqlanıb. Sənətçinin frontotemporal demensiya fəal şəkildə inkişaf edir.

Aktyor Artıq danışmır, nəinki dost və tanışları, hətta sevdiklərini də tanımır.

Hətta o, keçmiş arvadı Demi Muru yad biri ilə səhv salıb. Media qeyd edir ki, keçmiş arvad Uillisin ailəsi ilə əlaqə saxlayır, lakin o, xəstəliyin bu qədər inkişaf etdiyini təsəvvür etmirdi.

Noyabrın 26-da Uillisin qızı Şükranlıq Gününü qeyd edərkən atası ilə video yayımlayıb.

2022-ci ilin mart ayında Uillisə “afaziya” diaqnozu qoyulsa da, 2023-cü ilin əvvəlində həkimlər aktyorun frontotemporal demens olduğunu aydınlaşdırdılar. Bu, davranış dəyişikliklərinə, yerimə və koordinasiyada çətinliklərə, yaddaş və məkan oriyentasiyasına səbəb olur. Sənətçi hazırda yataq xəstəsidir.

Xatırladaq ki, Uillis və Mur 13 il evli olublar. Onların üç qızı var – Rumer, Skaut və Tallula. Uillis ikinci dəfə evlənib. O, 2009-cu ildə özündən 23 yaş kiçik olan model Emma Heminq ilə ailə həyatı qurub. Onların iki qızı var.

Xuraman Etibarlı

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv