!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Üzünə açılmayan qapı yox idi” - Ölümündən sonra da yaşayan MƏŞHUR AKTRİSA

!Reklam – Yazi

“Gəlin mənim süpürgəmdir, harada qoydum, orada da durmalıdır…”

“Qayınana” filmində Cənnət xalanın dilindən səslənən bu məşhur aforizmi təsadüfən xatırlamadım.

Bu gün Xalq artisti, Azərbaycan teatrının kraliçası Nəsibə Zeynalovanın xatirə günüdür.

Məşhur aktrisanın yoxluğu ilə bizi 19 illik zaman kəsiyi ayırır. 19 ildir ki, bu məşhur aktrisa aramızda yoxdur. Amma Nəsibə Zeynalova o sənətkarlardandır ki, ölümündən sonra da yaratdığı və milli teatrımız üçün əbədi qoyub getdiyi rəngarəng obrazlar qalereyası ilə yaşayır. Hər dəfə ekranlarda onun çəkildiyi filmləri, oynadağı tamaşaları seyr edəndə bir daha anlayırıq ki, həqiqətən də sənətkarlar ölmür. Onlar ölümləri ilə ömürlərinin ikinci mərhələsini davam etdirirlər.

Sənət dostlarının dediyinə görə, Nəsibə xanım yalnız bir aktrisa kimi deyil, bir insan, xanım olaraq da mükəmməl qadın idi. Sədaqətli ömür-gün yoldaşı, xoşbəxt ana, qayğıkeş nənə idi. Elə sənət dostlarına qarşı da eyni xoş münasibəti bəsləyirdi. Sənətə yeni gələn istedadlı aktyorlara, aktrisalara hər zaman yaşıl işıq yandırırdı. Onların tamaşada rol alması üçün teatr direktoruna ağız açırdı.

Onu sevməyən yox idi. Rayonlara qastrol səfərlərinə gedəndə onun görüşünə bütün kənd, rayon camaatı yığılırdı. Hər kəs onu evinə qonaq aparmaq üçün növbəyə düzülürdü. Bir sözü, bir kəlməsi ilə açılmayan qapılar üzünə açılırdı Nəsibə Zeynalovanın.

Teatra bütün varlığı ilə bağlı idi. Özünü səhnədən kənarda təsəvvür belə etmirdi. Elə dünyadan da məhz Milli Teatr günündə köç etdi. Yadımdadır 2004-cü il martın 10-da Milli Teatr gününə həsr olunmuş tədbirdəydim. Sənət adamlarının qatıldığı həmin tədbirdə aldığımız bir xəbər hər kəsi göz yaşına boğdu. Nəsibə xanımın cismani ömrü əbədiyyətə qovuşmuşdu.

Bu gün Fəxri Xiyabanda uyursan sevimli sənətkarımız, özünə sevgidən, məhbbətdən əbəbi abidə ucaltmısan. Nə yaxşı ki, milli teatrımız və kinomuzda yaratdığınız yüzlərlə obrazlarınız var. Bu gün həmin obrazlarla gözəl, mənalı ömrü davam etdirirsiz. Nə qədər ki, milli kinomuz və milli teatrımız yaşayır, siz də ürəklərdə əbədi taxt quracaqsız sevilən sənətkar!

Cəvahir

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv