!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Üzünə durur ki, nə danışırsan, anadangəlmə fiquram belədir” - Samirə KİMİN PAXIRINI AÇDI?

!Reklam – Yazi

“Ayıbına kor olmaqdansa, hələ bir danışır da… Heç olmasa, danışıb, özünü biabır etmə…”.

Bunu tanınmış müğənni Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

O, səmimiyyətdən uzaq olan şou əhlini hədəfə alıb:

“Dünən mənimlə efirə düppədüz fiqura ilə çıxan biri üstündən bir il keçəndən sonra tamam fərqli görkəmdə verilişə çıxır. Ona sual veriləndə ki, plastik əməliyyat etdirmisiz? Deyir, yox, nə danışırsan, elə anadangəlmə fiquram belədir. Ayıbına kor olmaqdansa, hələ bir danışır da… Heç olmasa, danışıb, özünü biabır etmə.
Yaxud da bir də görürsən, çxıb efirdə camaata əxlaqdan dərs keçirlər. Biz müğənnilər bir-birimizi daha yaxşı tanıyırıq. Müəyyən adamlar var, baxıram efirdə elə ağıllı-ağıllı, abırlı-abırlı danışır, tanımayan olsa, deyər, ilahi bundan abırlısı var görən? Hansı ki, hansısa məkanda söyülüb, döyülüb, təhqir olunub, min hoqqadan çıxıb, amma efirdə qeyrətdən, namusdan, kişilikdən danışırlar.

Bu sənət cameəsində kimdə nə yoxdur, ondan danışır. Bəzən biz özümüz də ekspert kimi verilişlərə çıxanda rəylərdə yazırlar ki, siz özünüz nə gündəsiz ki, hələ bir camaata əxlaq dərsi də keçirsiz. Gedin, bir özünüzə baxın. Amma bunu da hamıya şamil etmək olmaz. Təbii ki, əxlaqlılıarı çoxdur. Amma əxlasızları daha çoxdur. Kimdə nə yoxdur ondan danışır. Qeyrətsiz qeyrətdən, abırsız abırdan, kasıb puldan…”

Cəvahir

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv