!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzünü görmədiyi atasını 58 il sonra tapdı – 1 saatlıq məsafədə yaşayırmış

!Reklam – Yazi

Anadan olandan bəri atasının kim olduğunu bilməyən qadın onu 58 il sonra tapdı.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Yorkşir Qraflığında yaşayan Culiya Lənd adlı qadın üzünü görmədiyi atasına 58 il sonra qovuşub.

Uşaqlığından bu yana atasını tapmaq arzusu ilə yaşayan qadın anasından onun barəsində heç bir məlumat ala bilməyib.

Yalnız bu il anası və ögey atası vəfat etdikdən sonra Culiya ciddi-cəhdlə atasını axtarmağa başlayıb.

Bu məqsədlə “Facebook”da elan verən Culiyanın səsinə çox adam səs verib və cəmi 4 gün sonra onun atası – Brayan Roteri tapılıb. Maraqlı hal budur ki, sən demə, bu müddət ərzində atası qızının olduğu yerdən maşınla 1 saatlıq məsafədə yaşayıb.

www.yenicag.az

886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv