!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid taksi XİDMƏTİ: "Rəqabət mühiti yaradan şirkətlərin bu sektorda qalması zəruridir"

!Reklam – Yazi

İlqar Hüseynli: ” “Bolt” və “Uber”in ölkəmizdə fəaliyyəti bazar münasibətlərinə uyğun rəqabət mühiti yaradır və fəaliyyəti davam etdirilməlidir”.

Elməddin Muradlı: ” “Uber”, “Bolt”, “Yango” və “Maxim”in kimi taksi şirkətləri bizim yerli şirkətləri məhv edib”.

Son illər ölkəmizdə sağlam rəqabət mühiti yaradan və insanların məmnun olduğu sahələrdən biri məhz taksi xidməti ilə bağlıdır. Lakin ehtimal olunur ki, taksilər üçün vahid tarif və vahid sifariş sistemi tətbiq olunandan sonra bu sahədə fəaliyyət göstərən taksi şirkətləri sıradan çıxaracaq. Maraqlıdır ki, məlum taksi şirkətlərinin fəaliyyətinin dayandırılmasına yanaşma birmənalı deyil.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən taksi şirkətləri ölkəmizdə rəqabət mühiti yarada bilib və buna görə də fəaliyyəti davam etməlidir:

“Vahid taksi xidməti məsələsi ortaya çıxandan sonra digər məsələlərin müzakirəsi də meydana çıxıb. Belə ki, internet üzərindən xidmət göstərən taksilərin fəaliyyəti sual doğuran məqamlardan biridir. “Bolt” şirkəti beynəlxalq taksi xidməti həyata keçirən şirkətdir və Estoniyaya məxsusdur. “Uber” taksi şirkəti isə ABŞ-nin Kaliforniya ştatında fəaliyyət göstərir. Bu şirkətin 65 milyard dollarlıq gəliri var və dünyanın 80 ölkəsinin 500-ə yaxın şəhərində xidmət göstərir. “Bolt” və “Uber” Azərbaycanın taksi sektoruna daxil olandan sonra ciddi rəqabət yarandı və qiymətlərin ucuzlaşması müşahidə olundu. Hazırda istehlakçıların böyük əksəriyyəti “Bolt” və “Uber”in ucuz xidmətindən istifadə edirlər. Bu şirkətlərin xidmətinin ucuz olmasının başlıca səbəbi qurulan sistemlə bağlıdır. Sistem elə qurulub ki, xərcləri digər şirkətlərlə müqayisədə çox az təşkil edir və təhlükəsizlik yaxşı səviyyədədir. Yəni bu şirkətlərin xidmətindən istifadə edən sərnişin sifariş verən zaman sürücü haqqında kifayət qədər bilgilərə malik olur. Eyni zamanda, hərəkətin bütün istiqamətlərini görmək mümkündür. Əslində, bu sistem taksi sektorunda normal rəqabət mühiti yarada bilib. Fikrimcə, “Bolt” və “Uber”in ölkəmizdə fəaliyyəti davam etdirilməlidir. Çünki bazar münasibətlərinə uyğun rəqabət mühiti yaradan şirkətlərin bu sektorda qalması zəruridir”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə, öz növbəsində, qeyd edib ki, “Bolt” və “Uber”i Azərbaycandan qovmaq lazımdır:

“Söhbət iqtisadi inkişafdan, xarici investorların Azərbayacana cəlb edilməsindən gedirsə, “Uber” və “Bolt” taksi şirkətlərinin, eləcə də “Yango” və “Maxim”in bizim ölkəyə heç bir xeyri yoxdur. Ziyanı isə çoxdur. Onlar Azərbaycanda qazandıqları pulları aparıb xaricdə, bəzən də ermənilərin arasında yeyib kef edirlər, biz də burada hər gün qəzaya baxırıq, sürücülər itin zülmünü çəkir, qəpik-quruşa taksi sürürlər. Bütün bunları nəzərə alaraq deyirəm ki, bu şirkətlərin hamısı Azərbaycandan qovulmalıdır. Yerli şirkətlər inkişaf etməlidir. Vahid taksi qiyməti müəyyən edilən kimi “Bolt” və “Uber”in arxasıyca bir təpik vurmaq lazımdır. Onlar bizim yerli şirkətləri məhv edib. Onlar bizə hər gün qəza yaşadır, onların sayəsində “Toyota Prius” kimi avtomobil modeli gözdən düşüb”.

Gülşən Şərif

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv