!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaksinlər qəfil ölümləri artırıb? - "Cəmiyyətdə yaranmış çaşqınlığa..." - İnfeksionist

!Reklam – Yazi

Son zamanlar qəfil ölümlərin sayında artım müşahidə olunur. Cəmiyyət bu ölümləri koronavirus əleyhinə burulmuş vaksinlarlə əlaqələndirir. Hesab edilir ki, peyvənd ürək-damar xəstəliklərinə səbəb olur.

Məsələ ilə bağlı danışan infeksionist Aydın Əliyev Yenicag.az-a açıqlamasında bu sahədə araşdırma aparılmasının vacib olduğunu vurğulayıb.

O bildirib ki, sosial şəbəkələrdə yaranmış ajiotajın doğruluğuna şübhə ilə yanaşır:
“Bu, ciddi ittihamdır. Cəmiyyətdə yaranmış çaşqınlığa adekvat cavab vermək üçün komissiya yaradılmalıdır. Dünyasını dəyişmiş şəxslərin peyvənddən öncəki müayinələri varsa, vaksindən sonrakı müayinələri ilə müqayisə etmək lazımdır.

Düzgün nəticə üçün illərlə müşahidə aparılmalıdır. Statistik araşdırma ilə peyvənd olunanlarla olunmayanlar arasında təcrübə həyata keçirilməlidir. Populistcəsinə hər hansı fikir səsləndirmək yanlışdır, obyektiv olmaq lazımdır.

Qəfil ölümlərə gəldikdə isə bir sıra səbəblər ola bilər. İlk növbədə, ürək-damar problemləri qəfil ölümlərin əsas səbəbidir. Növbəti səbəblər isə yoluxucu, onkoloji xəstəliklər və sairədir. Dəfələrlə açıqlamalarımda qəfil dünyasını dəyişənlər üzərində patoloji anatomik müayinə aparılmalı olduğunu qeyd etmişəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv