!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərdən övladlara ötürülən YERSİZ STRESS: “Bəzən abituriyentin bilik səviyyəsi yüksək olsa da...”

!Reklam – Yazi

“İmtahan öncəsi valideynlər özlərinin keçirdikləri qorxu və narahatlıqları övladlarına ötürməməldirlər”.

Bu fikirləri abituriyentlərdə imtahan stressinin yaranma səbəbləri haqda danışan psixoloq Aygün Cəfərova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, valideyn basqısı nəticəsində yaranan stress abituriyentlərə öz potensialını açmalarına mane olur.

“İmtahan stressinin yaranması əsasən iki səbəbdən olur. Bunlardan biri valideynlər tərəfindən edilən basqıların çox olmasıdır. “Sən mütləq universitetə qəbul olunmalısan, bu son mərhələdir” kimi təzyiqlər uşaqlarda imtahan öncəsi stress yaradır.

Burada valideyn anlamalıdır ki, yaşadıqları stress üzündən övladlarının öz potensialını tam ortaya qoymaları mümkün olmur. Ümumiyyətlə, valideynlər öz qorxu və narahatlıqlarını övladlarına ötürməməlidirlər.

Onlar “Nəticə necə olsa da, hər zaman yanındayıq” kimi sözlərlə övladlarına dəstək olmalıdırlar. Stress yaradan digər səbəb isə uşaqların öz bacarıqlarına inanmamasıdır. Bəzən abituriyentin bilik səviyyəsi yüksək olsa da, basqı və özünə inamsızlıq səbəbindən tez həyəcanlanır, stress yaşayır və real imkanlarını dəyərləndirə bilmir”.

Nuray Məmmədzadə

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv