!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərə XƏBƏRDARLIQ: Bu konfetlər xərçəng və sonsuzluq yaradır - VİDEO

!Reklam – Yazi

“Skittles” konfeti xərçəng və sonsuzluğa səbəb olur.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, həkimlər Rusiyada Skittles-ə qadağa qoyulmasını tələb edirlər. Onlar hesab edirlər ki, turş rəngbərəng konfetlər xərçəngə səbəb olur və yeniyetmə qızlar gələcəkdə sonsuzluqla üzləşə bilərlər.

Uşaq qastroenteroloqları həyəcan təbili çalaraq bildirirlər ki, bu konfetləri çeynəyən uşaqlar erkən yaşlarından sağlamlıqlarını korlayırlar.

Skittles haqqında ilk şikayət E171 boyasındandır (titan dioksid). Maddə bədəndə toplanır və xərçəng riskinə səbəb ola bilər. Tərkibdəki digər boyalarla bağlı böyük suallar var.

Həmçinin, həkimlər deyirlər ki, propilparaben efirinə görə zərərsiz görünən konfetlər məhsuldarlığa mənfi təsir göstərə bilər. Bu, artıq laboratoriya siçanlarında təsdiqlənib. Məktəb yaşlı qızlar xüsusilə risk altındadır.

Əlavə bir səbəb də gələcəkdə qastrit riskidir. Super turşulu şirniyyatlar yemək borusunu sanki yandırır. Uşaqlar da “Skittles” yedikdən sonra allergik reaksiyalar riski altındadır.

Əvvəllər “Skittles” xərçəngə tutulma riski səbəbindən ABŞ-nin bir neçə ştatında qadağan edilmişdi. Rusiyada konfeti adı qalmaqallarda hallanan Mars şirkəti istehsal edir.

Nəşr bildirir ki, yaxın gələcəkdə onlar Rusiya Federasiyasında məhsulların satışının qadağan edilməsi ilə bağlı sorğunu Rospotrebnadzor və Roskaçestvoya göndərməyi planlaşdırırlar.

Xuraman Etibarlı

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv