!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta bazarında manatın dolları “SIXIŞDIRMASI”: “Biznesdə milli valyutaya tələbin artması...”

!Reklam – Yazi

“2022-2023-cü illərdə dünya bazarında neft qiymətlərinin yüksək olması valyuta bazarında təhdidləri minimallaşdırır”.

Bu fikirləri son dönəmdə ölkənin valyuta bazarında təklifin tələbi üstələməsini şərtləndirən səbəblləri dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açılqmasında deyib.Onun sözlərinə görə, növbəti dövrdə bu proses ölkəyə birbaşa daxil olan valyutanın həcminə uyğun qaydada nizamlanacaq:

“Banklarda dollar alışının satışa nisbətən üstün olması bütövlükdə 2017-ci ildən sonra manatın məzənnəsinin stabil qalması ilə əlaqədardır. Məzənnənin stabilləşməsi, xüsusilə də, 2022-2023-cü illərdə dünya bazarında neft qiymətlərinin yüksək olması valyuta bazarında təhdidləri minimallaşdırır.

Bununla da idxal və ixrac biznesi cari xərcləri ödəmək üçün valyutanın konvertasiyasını həyata keçirir. Digər tərəfdən isə bu göstərici vətəndaşlarımızın valyuta alqı-satqısını artırması anlamına gəlir.

Nəticədə biznesdə manata olan tələbin artması, milli valyutanın stabilliyinin son 6 ildə qorunub saxlanması, həmçinin vətəndaşların valyuta bazarında daha da fəallaşması dollar alışının satışı üstələməsinə gətirib çıxarıb.

Növbəti dövrdə bu proses ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq. Təbii ki bu konteksdə neftin qiyməti də valyuta bazarındakı tarazlığa əsas təsiredici faktor kimi qalacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv