!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta ehtiyatlarında ARTIM: “İndi şaxələndirilmiş sahələrdən gəlirlərin daxil olmasını müşahidə edirik”

!Reklam – Yazi

“Ölkəmizdə yeni kəşf edilən qaz yataqları və Avropa ilə bu sahə üzrə əməkdaşlığı əlavə valyuta ehtiyatının yeni səviyyəyə çatmasını reallaşdırır”.

Bu sözləri ölkəyə valyuta ehtiyatlarında artım mövzusunu dəyərləndirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, gələcəkdə ölkəmiz üçün prioritet sahə qeyri-neft və alternativ eneji sektorlarının inkişafı məsələsi olacaq:

“Bildiyimiz kimi, ölkənin valyuta ehtiyatları 65 milyard dolları ötməkdədir. Bu sahə üzrə ilbəil artım müşahidə edilir. Sözsüz ki, bu ehtiyatların artımı manatın xarici valyutalara qarşı dayanıqlığını təmin edir.

Artıq Azərbaycan enerji resursları üzrə aparıcı ölkələrdən birinə çevrilməkdədir. Bu yönümdə logistika və nəqliyyat sektoru da inkişaf etməkdə davam edir. Bu baxımdan gələcəkdə ölkəmizin valyuta ehtiyatlarının daha da artması proqnozlaşdırılır.

Həmçinin ölkəmizdə yeni kəşf edilən qaz yataqları və Avropa ilə bu sahə üzrə əməkdaşlığı əlavə valyuta ehtiyatının yeni səviyyəyə çatmasını reallaşdırır. Digər tərəfdən bu gün qeyri-neft sektorunun göstəricilərinin artımını müşahidə edirik.

Hazırda qeyri-neft sektorunda 3%, neft sektoru sənayesində isə 6% artım baş verib ki, bu da ölkəyə əlavə valyuta daxil olmalarını artırır.

Hesab edirəm ki, gələcəkdə ölkəmiz üçün prioritet sahə qeyri-neft və alternativ eneji sektorlarının inkişafı məsələsi olacaqdır. Bu da öz növbəsində elektrik enejisi ixracından əldə edilən valyuta ehtiyatlarının ölkəyə axınını təmin etmiş olacaq.

Gələcək illərdə ölkəmizin həm hidro-karbogen resurslarının artımı, həm də nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi sözügedən ehtiyatların artımına müsbət təsir göstərəcəkdir. Əgər əvvəllər ölkəyə yalnız neft sektorundan valyuta daxil olurdusa, artıq şaxələndirilmiş sahələrdən gəlirlərin daxil olmasını müşahidə edirik.

Beləliklə, üzümüzə gələn dövrlər ərzində sadalanan sektorlar sayəsində valyuta ehtiyatlarının daha da artmasının şahidi ola biləcəyik”.

Yusif Səmədzadə

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv