!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta hərraclarında TƏLƏB və TƏKLİF: “Bu faktor manatın dayanıqlılığından irəli gəlir”

!Reklam – Yazi

“Müşahidə etdiyimiz bu məsələ onu deməyə əsas verir ki, ölkəmizin makro-iqtisadi göstəriciləri sabit vəziyyətdədir”.

Bu sözləri son 8 ayda keçirilən valyuta hərraclarının 99%-də təklifin tələbi üstələməsinə münasibət bildirən iqtisadi-ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu həm də neft qiymətlərinin sabit qalması və eyni zamanda neft-qaz sektorundan daxil olan valyuta ehtiyatlarının artmasıyla əlaqədardır:

“Hazırda göstəricilər onu deməyə əsas verir ki, dollar tələbatında müsbət tendensiya müşahidə olunur və təklif tələbi üstələməkdədir. Bu faktor manatın dayanıqlılığından irəli gəlir. Bu hal manatın məzənnəsinin dayanıqlılığının artmasına müsbət təsir edir.

Qeyd etmək istəyirəm ki, ölkəmizin valyuta ehtiyatlarının böyük olmasının da manatın sabitliyinin qorunmasına müsbət təsirləri mövcuddur. Hazırda müşahidə etdiyimiz bu məsələ onu deməyə əsas verir ki, ölkəmizin makro-iqtisadi göstəriciləri sabit vəziyyətdədir. Bu həm də neft qiymətlərinin sabit qalması və eyni zamanda neft-qaz sektorundan daxil olan valyuta ehtiyatlarının artmasıyla əlaqədardır. Sözsüz ki, bu da manatın sabitliliyinin uzunmüddətli olmasına öz töhfəsini verməkdədir”.

Yusif Səmədzadə

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv