!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta mübadiləsində YENİ QAYDALAR: “Bir sıra mənfi halların qarşısının alınmasında...”

!Reklam – Yazi

“Kimsə külli miqdarda valyuta mübadiləsi həyata keçirəcəksə, onun mənbəyini göstərəcək”.

Bu fikirləri Mərkəzi Bankın 500 dollar üzərində valyuta mübadiləsi apararkən şəxsiyyəti təsdiq edən sənədin tələb olunacağı ilə bağlı qərarını şərh edən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində, 500 dollara qədər olan mübadilə zamanı da şəxsiyyət vəsiqəsi identifikasiya olunur:

“Demək olar, dünyanın əksər ölkələrində bu sistem tətbiq olunur. Çünki dövlət vergisinin ödənilib-ödənilməməsi, gəlirin mənbəyinin müəyyənləşdirilməsi mütləqdir.

Məsələn, kimsə evini satıb valyuta dəyişən zaman sənədlərini təqdim edəcək, yaxud kimsə külli miqdarda vaalyuta mübadiləsi həyata keçirəcəksə, onun mənbəyini göstərəcək.

Atılan bu addım hər kəs tərəfindən müsbət qarşılanır. Eyni zamanda, bu qərar valyuta mübadiləsi ilə bağlı bir sıra mənfi halların da qarşısını alacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv