!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta satışına məhdudiyyətin yaratdığı RİSKLƏR: “Guya bu qərarı banklar özləri qəbul edib” - Əkrəm Həsənov

!Reklam – Yazi

“Valyuta satışına tətbiq olunan qeyri-rəsmi məhdudiyyət xarici investorlar və yerli sahibkarların ölkəyə pul qoyuluşunu təhlükə altına salıb”.

Bu sözləri banklar tərəfindən xarici valyuta satışına tətbiq edilən limitin hələ də davam etməsinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, bankların öz təşəbbüsü əsasında valyuta satışına məhdudiyyət qoyulduğu bəyan edilib. Bu qərar bütün hallarda ciddi risklərə yol açır:

“Qanunvericilikdə belə bir məhdudiyyət yoxdur və Mərkəzi Bank da bununla bağlı özəl banklara heç bir öhdəlik qoymadığını vurğulayır. Guya ölkədəki bütün banklar anidən məhdudiyyətlə bağlı qərar veriblər.

Qeyd olunan məhdudiyyətin nə vaxta kimi davam edəcəyi bankların qərarından asılıdır. Bu tendensiya bank sektorunun inkişafına mənfi təsir etməklə yanaşı, vətəndaşların bank sisteminə olan etimadını da azaldır.

İnsanlar arasında devalvasiya təşvişi var. Halbuki devalvasiya üçün əsas yoxdur. Milli valyuta satışına tətbiq olunan limitlə yanaşı, bir şəxsin 20 min manata qədər olan əməliyyatları məhdudiyyətsiz həyata keçirməsi ilə bağlı qərar qanunda yoxdur.

Ümumilikdə bu vəziyyət milli valyutaya və ölkəyə inamı sarsıdır. İndiki məhdudiyyətin strateji cəhətdən uzunmüddətli mənfi təsirləri olacaq. Yəni Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərmək istəyən şəxslər, xarici investorlar artıq çəkinəcəklər.

Onlar düşünəcəklər ki, Azərbaycanda iqtisasiyyat qanunla idarə olunmur və atılan addımlar kiminsə qeyri-rəsmi göstərişləri ilə həyata keçirilir. Halbuki investor və sahibkar oyunun qaydalarını dəqiq bilmək istəyir. Bu baxımdan, valyuta satışına qoyulan kimit ölkə iqtisadiyyatının inkişafına böyük zərbədir”.

Gülşən Şərif

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv