!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vaqif Şıxəliyev: “Bir nəfər zaldan qışqırdı ki, bu fonoqramı yığışdırın”

!Reklam – Yazi

“Ömrümdə bir dəfə toyda fonoqram oxudum, onda da problem çıxdı…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vaqif Şıxəliyev deyib.

Hər zaman canlı oxumağa üstünlük verən sənətçi toyda başına gələn hadisəni danışıb:

“Bir toy məclisinə çağırdılar, səs rejissoru səriştəsiz bir adam idi. Mən dediyim mahnını deyil, başqa bir mahnını qoydu. Axırda bir nəfər zaldan qışqırdı ki, bu fonoqramı yığışdırın. Əsəbiləşdim və dedim ki, ömrümdə bir dəfə fonoqram oxudum, onda da problem çıxdı”.

Müğənni sənət yolunda çox əziyyətlər çəkdiyini, tanınması üçün qazandığı pulları mahnılara, kliplərə sərf etdiyini bildirib:

“Mən bu sənəti sevib gəlmişəm və prinsip olaraq özümə də söz vermişəm, ölənə qədər oxuyub sənətimi göstərəcəm. Efir müğənnini tanıtdırır. Amma sənətçi tanınması üçün 4-5 il pul xərcləməlidir. Əgər müğənni pul xərcləməsə, evdə yatmalı olur. Efirlərə, mərasimlərə çağırmayacaqlar, onda da şəxs həvəsdən düşür. Gedib toyda oxuyurdum, payıma düşən 2000-2500 pulu aparıb klip çəkdirirdim. Bir mahnıya 1500-2000 verib efirdə yayımlanan Yeni il gecəsində oxuyurdum ki, qoy məni də görsünlər, tanısınlar”.

Müğənni bu barədə efirdə danışıb.

Nehru

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv