!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNDİ + FOTO/VİDEO

!Reklam – Yazi

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.

Yenicag.az-ın məlumatına əsasən, məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

***

11:46

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov ifadə verib.

Yenicag.az-ın məlumatına əsasən, Salman Rəhimov deyib ki, Meşəli hadisələri zamanı erməni silahlıları mülki əhalini qıracaqları ilə hədələyiblər.

“Vaqif Xaçatryan həmin hadisələrin təşkilatçılarından olub. Meşəli kəndindən çoxu Vaqif Xaçatryanı tanıyırdı. Hamısı Vaqif Xaçatryanın adını çəkirdi.

Məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, – deyə o əlavə edib.

IMG_0850

***

11:02

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov ifadə verib.

Yenicag.az-ın məlumatına əsasən, Salman Rəhimov deyib ki, Meşəli hadisələri zamanı erməni silahlıları mülki əhalini qıracaqları ilə hədələyiblər.

“Vaqif Xaçatryan həmin hadisələrin təşkilatçılarından olub. Meşəli kəndindən çoxu Vaqif Xaçatryanı tanıyırdı. Hamısı Vaqif Xaçatryanın adını çəkirdi.

Məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, – deyə o əlavə edib.

***

10:56

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam etdiriləcək.

***

09:50

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçiriləcək

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci il dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv