!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryanın növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində bir neçə dəqiqəlik fasilə verilib.

Yenicag.az-ın məlumatına görə, həmçinin növbəti məhkəmə iclasının vaxtı da açıqlanıb. İclas oktyabrın 24-də keçiriləcək.

***
11:57
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın məhkəməsi davam edir.
Yenicag.az xəbər verir ki, hazırda davam edən iclasda V. Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib.
Onun sözlərinə görə, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar:
“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”./qafqazinfo

***

11:38

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov ifadə verib.

O, Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib.

“Vaqif Xaçatryan özü bizim evimizdə olub. Mənim atamla qardaşımı da Vaqif vurmuşdu. Mən bunların hamısını yaxşı tanıyıram”, – deyə o əlavə edib.

***

11:24

“Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Dekabrın 24-də mənim qardaşımı yandırıb, külünü gətirdilər”. 

Yenicag.az xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Arzu Rüstəmov deyib.

Onun sözlərinə görə, meyiti gətirən şəxslər bildiriblər ki, qardaşını yandırıblar:

“Getdim gördüm ki, yanmış avtomat, bir də bir az kül var. Dedilər ki, bu, qardaşının külüdür. Vaqif Xaçatryana ən yaxşı cəza asılmaqdır”.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. /musavat.com

***

10:44

Vaqif Xaçatryanın dəstəsi azyaşlının üstünə qaynar su tökərək yandırdı.

Yenicag.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs deyib.

Meşəli sakini Bəsti Behbudova ifadəsində bildirib ki, o, Meşəli hadisələri vaxtı uşaq olub: “Meşəli hadisələrində atam xəsarət alıb, qonşularımız, qohumlarımız vəhşicəsinə öldürülüb. Atam da uzun müddət orda aldığı xəsarətlərdən müalicə alıb. Vaqif ömür boyu həbsdə yatmalıdır. Böyüklərimiz hamısı deyirdi li, hadisələri törədənlərdən biri Vaqifdir”.

Daha sonra Meşəli sakini Bayram Hacıyev zərərçəkmiş şəxs qismində dindirilib. O qeyd edib ki, hadisələr baş verəndə hərbi xidmətdən təzə gəlibmiş: “Kənd camaatı, hamı deyirdi ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif və onun dəstəsi durub. Onlar böyük, kiçik, qoca, qadın demədən vəhşilik edirdi. Bunlar rəhmətlik Qənimət kişinin uşağının üstünə çaydandan qaynar su tökərək yandırdılar. Hadisəni törədənlər Badara kəndində yaşayan ermənilər idi. Onların da başında Vaqif, Aramis, Vahid adlı ermənilər dururdu. Məhkəmədən tələb edirəm ki, bizə bu zülmü yaşadanların hamısı ömürlük azadlıqdan məhrum edilsinlər”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisələr baş verəndə Meşəlidə olmayıb: “Bayramın atasını yaxşı tanıyıram, lakin mən orda olmamışam”.

***

10:32

Azərbaycanlılara qarşı Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmişlərin və zərərçəkmişlərin varislərinin ifadələri dinlənilir.

Yenicag.az xəbər verir ki, Bəsti Behbud qızı Behbudova zərərçəkmişin nümayəndəsi kimi danışıb.

O bildirib ki, Vaqif Xaçatryanın adını böyüklərdən, Meşəli kəndinin sakinlərindən eşidib.

“Meşəli kəndində məlum hadisələr baş verəndə mən uşaq idim. Amma erməni silahlılarının törətdikləri cinayətlərdən əziyyət çəkmişəm. Tələb edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, – deyə o əlavə edib.

***

10:19

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

***

09:40

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Ötən prosesdə məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

 

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv