!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner” qiyamı Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması imkanlarını genişləndirib” – Cahandar Bayoğlu

!Reklam – Yazi

“Beynəlxalq güclər bölgədə sabitliyin olmasını istəyirlərsə, sülhməramlı adı altında buraya yerləşdirilmiş terror qüvvələrinin çıxarılmasına dəstək verməlidirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Qarabağda yerləşdirilən və Azərbaycana qarşı təxribatçı hərəkətlərə son qoymayan Rusiya sülhməramlı kontingentinin ölkədən çıxarılmasının zəruriliyi haqda danışan Turan Partiyasının sədri Cahandar Bayoğlu LAF TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın əsas məsələsi Rusiya sülhməramlılarının yola salınması olmalıdır:

“Belə bir vəziyyətin yaranması Qarabağda problemlərin tam həll edilməməsi və Rusiyanın başıpozuq hərbi birləşmələrinin sülhməramlı adı altında oradakı mövcudluğu region üçün yeni təhdidlər deməkdir. Rusiya hərbçilərinin Azərbaycan bayrağını endirmələri, əlbəttə ki, bizim dövlət atributumuza qarşı təhqiramiz davranışdır və bunun qarşılığı bəllidir. Yəni bunun qarşılığı bayrağımızı endirəni endirməkdir. Ancaq indi Rusiyanın sülhməramlı adı altında fəaliyyət göstərən terror qüvvələrindən, qarışıq, kimin kim olduğu bilinməyən, vahid komandanlığın olmadığı gücdən danışırıqsa, buna görə məsuliyyəti kimin öz üzərinə götürəcəyi də qaranlıq qalır. Çünki Rusiya dövləti adına danışan zaxarovalar buna da bir don geydirəcəklər. Amma onlar da məsuliyyəti üzərlərinə götürmək iqtidarında olmayacaqlar.

Hər halda, başda Priqojin olmaqla “Vaqner”in Moskvaya yürüşü və Rusiya ordusunda hökm sürən anarxiyanın mövcudluğu durumunda həmin sülhməramlı adı ilə fəaliyyət göstərən kontingentin ölkəmizdən çıxarılmasını təmin etməliyik.

Hesab edirəm ki, Azərbaycanın əsas məsələsi Rusiya sülhməramlılarının yola salınması olmalıdır, biz bunu gündəmə gətirməliyik. Fikrimcə, həmin qüvvələr ərazidə qarşıdurmanın yaranmasına və Azərbaycanla quldur dövlət Ermənistan arasında yeni savaşın meydana gəlməsinə səbəb ola bilər. Bu savaşın baş verməsini istəməyən beynəlxalq güclər də Rusiya kontingentinin Azərbaycandan çıxarılmasında maraqlı olmalı və bu prosesdə iştirak etməlidirlər.

Rusiyada baş verən son məlum olaylardan sonra bunu gerçəkləşdirmək imkanları genişlənib. Son olayların təsiri ilə Putin ipi artıq başqa dövlətlərin əlinə verib. Belə bir vəziyyətdə Rusiya ilə danışmaq yox, beynəlxalq güclərə mesaj vermək lazımdır ki, sülhməramlıları çıxarmaq artıq sizin əlinizdədir. Onlara deyilməlidir ki, bölgədə sabitliyin olmasını və Ermənistanın mövcudluğunu istəyirsinizsə, sülhməramlı adı altında buraya yerləşdirilmiş terror qüvvələrinin çıxarılmasına dəstək verməlisiniz”.

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv