!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner” qiyamında “yanan” EKSPERT CAMEƏSİ: “Ölkədə ciddi proqnoz mərkəzlərinin olmaması...” – MÖVQE

!Reklam – Yazi

“Ekspertlərimizin əksəriyyətinin fikri əhatəli araşdırmaların nəticəsi olaraq ifadə edilmir”.

Bu fikirləri “Vaqner” özəl hərbi şirkətinin ötən gün Rusiyada qaldırmağa cəhd göstərdiyi qiyamla bağlı yerli ekspertlərin əksəriyyətinin təhlil və proqnozlarının özünü doğrultmamasının səbəbləri haqda danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, peşəkar səviyyədə siyasi proqnozlar verərkən, bir sıra mühüm məqamlar mütləq nəzərə alınmalıdır:

“Həqiqətən də, Rusiyada srağagün gecə başlayan məlum hadisələrdən sonra bir çox yerli, həmçinin xarici ekspertlər olayların gedişatı ilə bağlı müəyyən proqnozlar verməyə cəhd etdilər. Ancaq həmin proqnozların, demək olar, əksəriyyəti baş verənlərin mahiyyətinin aydın qavranılmaması səbəbindən doğrulmadı. Bununla belə, az sayda olsa belə, “Vaqner”in ayaqlanmasını şou adlandıranlar da vardı. Lakin həmin ekspertlərin bu yanaşması dəqiq təhlilin nəticəsi yox, sadəcə, digərlərindən fərqlənmək niyyətindən qaynaqlanırdı.

Digər tərəfdən, maraqlıdır, Rusiyada yaşanan o hadisələrin şou olduğunu öncədən bilmək mümkün idi, ya yox? Açığı, masadakı “uduş fondu” yetərincə böyük olduğu üçün mən orada baş verənlərin şou adlandırılmasını qəbul etmirəm. Hər halda Priqojinin Putinlə danışığa gedərək geri çəkilməsi Putinin zəifliyini göstərərək nüfuzuna da böyük zərbə vurdu.

Onu da qeyd edək ki, peşəkar səviyyədə siyasi proqnozlar verərkən, bir sıra mühüm məqamlar mütləq nəzərə alınmalıdır. Dünyanın ən aparıcı proqnoz mərkəzləri belə hər hansı hadisə ilə əlaqədar yüzfaizli proqnoz vermirlər. Yəni proqnozlarını da şərt və ehtimal üzərindən açıqlayırlar.

İstənilən hadisənin inkişafına təsir imkanına malik olan obyektiv və subyektiv amillər mövcudluğu məhz belə yanaşmanı şərtləndirir. Gündəlik fəaliyyətlərində kifayət qədər böyük həcmli datalarda materiallar istehsal edən elmi-tədqiqat institutları da Rusiya olaylarını təhlil etsəydilər, o zaman Priqojinin psixoloji durumu, onun xarakterik xüsusiyyətləri, Putinlə münasibətləri və başqa amilləri nəzərə alardılar. Yalnız bundan sonra perspektivi müəyyən mənada dəyərləndirmək olar.

Təəssüf ki, Azərbaycanda ortaya real iş qoyan və etimadla qarşılanan özəl, yaxud da dövlətdən maliyyələşən ciddi analitik mərkəzlər yoxdur. Ekspertlərimizin də əksəriyyətinin fikri əhatəli araşdırmaların nəticəsi olaraq ifadə edilmir. Sadəcə, müxtəlif yerli və xarici mənbələrdə rast gəldikləri materialları ümumiləşdirərək öz mövqelərini “formalaşdırırlar” və onu da ekspert rəyi kimi təqdim edirlər. Nəticədə isə özləri barəsində qeyri-ciddi fikir yaradırlar”.

A.Zeynalov

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv