!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var" - Britaniya kəşfiyyatı

!Reklam – Yazi

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var”.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: “Videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır”.

Məlumata görə, həmin videodan başa düşülür ki, Şərq Hərbi Dairəsinin komandiri, general- polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: “Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. /Report/

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv