!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner” şefinin QORXUSU: “Ukrayna ordusu artıq hücuma keçib və yaxın vaxtlarda...”

!Reklam – Yazi

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin qurucusu Ukraynanın hücum əməliyyatlarına başladığını bildirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin özünün “Telegram” kanalında Ukrayna ordusunun artıq hücuma keçdiyini iddia edib.

Priqojinin sözlərinə görə, Ukrayna ordusu hücum əməliyyatlarını intensivləşdirməkdədir və yaxın vaxtlarda kampaniyanın aktiv fazası başlayacaq:

“Hesab edirəm ki, Ukrayna ordusunun hücumu başlayıb. Düşmən aviasiyasının bizim cəbhə xəttinin perimetri üzrə və daxilində necə aktivləşdiyini görürük.

Əgər cəbhə xəttinə daxildən nəzarət edə biliriksə, təəssüf ki, perimetr üzrə vəziyyət heç də yaxşı görünmür. Ona görə də bizim cinahlarımızın nə dərəcədə etibarlı olması haqqında nəzakətlə sussam, yaxşıdır. Yəqin ki, hücum kampaniyası yaxın müddətdə aktiv fazaya keçəcək”.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv