!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner”dən “tərxis” olunan MUZDLU MƏHBUSLAR: “Onların cəmiyyət üçün təhlükəli olmaları...” – RƏY

!Reklam – Yazi

“Hansı dövlətdə olursa-olsun, təhlükəli cinayətkarların sadəcə, döyüşmək xatirinə azadlığa buraxılması təsəvvürə gəlmir”.

Bu fikirləri “Vaqner” özəl hərbi şirkətinin sıralarında Ukraynaya qarşı döyüşən on minlərlə keçmiş məhbusun tərxis olunaraq mülki həyata dönmələrinin yaratdığı risklər barədə danışan ehtiyatda olan pilkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Vaqner”lə müqavilə müddəti bitən keçmiş məhbusların cəmiyyət üçün təhlükə yaratmalarına birmənalı baxmaq doğru olmazdı:

“Öncə bir məqama nəzər salınmalıdır ki, “Vaqner”lə müqavilə bağlayaraq onun sıralarına qoşulmuş keçmiş məhbuslar hansı maddə üzrə mühakimə olunub və cəza müəssisələrində özlərini necə aparıblar. Təbii ki, məhbuslara bununla bağlı müraciət ediləndə, bu detallara diqqət yetirilib. Hər halda, xüsusilə ağır cinayətlər törədərək məhkum olunan məhbuslara belə bir təklifin edilməsi təsəvvürə belə gəlmir.

Fikrimcə, “Vaqner” komplektləşdirilməsi prosesində ağır cinayət törətməyən və təcridxanada qaydalara uyğun yaşayan məhbuslara təkliflər oluna bilərdi. Həmin şəxslərlə müqavilələr konkret müddət üçün bağlanır və o vaxt başa çatdıqda, keçmiş məhbuslar artıq öz müqavilə öhdəliklərini yerinə yetirmiş sayılırlar. Bununla da onlar mülki həyata qayıtmaq hüququ əldə edirlər.

Eyni zamanda, hansı dövlətdə olursa-olsun, təhlükəli cinayətkarların sadəcə, döyüşmək xairinə azadlığa buraxılması təsəvvürə gəlmir. Çünki qarşıdakı dövrdə onların cəmiyyət üçün böyük təhlükə mənbəyinə çevriləcəkləri şübhə doğurmur. Amma dediyim kimi, indiki halda söhbət ağır cinayətlər törədən keçmiş məhbuslardan getmir”.

A.Zeynalov

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv