!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner”in şefi ABŞ-nin hədəfində: “Priqojin hərbi canidir və ...” – Baş prokuror

!Reklam – Yazi

“Həmin dəstənin “terrorçu təşkilat” adlandırılmasına dair səlahiyyət Dövlət Departamentinə məxsusdur”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Senat dinləmələrində çıxış edən ABŞ-nin Baş prokuroru Merrik Harland Rusiyaya məxsus “Vaqner” özəl hərbi şirkətinin fəaliyyəti haqda danışarkən deyib.

Harlandın sözlərinə görə, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin hərbi cani elan edilməsi üçün yetərincə sübutlar var:

“Bəlkə də bir hüquqşünas olaraq, sübutların hamısı toplanana qədər bu barədə danışmağım doğru deyil. Ancaq hesab edirəm ki, hazırda əlimizdə olan sübutlar da yetərlidir.

Priqojinin “Vaqner” dəstəsi Donbasdakı çox sayda Ukrayna vətəndaşlarına qarşı törədilən cinayətlərə görə birbaşa məsuliyyət daşıyır. Bu dəstə öz fəaliyyəti ilə ABŞ-yə də ziyan vurur. Ancaq həmin dəstənin “terrorçu təşkilat” adlandırılmasına dair səlahiyyət Dövlət Departamentinə məxsusdur”.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv