!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vardanyanın gözlənilən sonu: "Azərbaycanda məhkəmə qarşısına çıxarılıb cəzalandırılacaq"

!Reklam – Yazi

“Ruben Vardanyan sonda Azərbaycanda məhkəmə qarşısına çıxarılıb cəzalandırılacaq”.

Bu fikri Qarabağdakı separatçı rejimin gələcək taleyi, Ruben Vardanyanın planlarını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Ruben Vardanyan nəinki Azərbaycanda, Türkiyədə də qarışıqlıq yaratmaq üçün fəaliyyət göstərib:

“Qarabağdakı separatçıların bir yolu var. Onlar Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib, qanunları ilə yaşasınlar. Bu gec-tez olacaq. Bunun alternativi yoxdur. Qarabağdakı hərbi birləşmələr ləğv edilməlidir. Ruben və Köçəryanın dediklərindən fərqli olaraq, azərbaycanlılarla ermənilər bir yerdə yaşamalıdır.

Vardanyanın əsas məqsədi varidatını qorumaq və yaşamaqdır. Rusiyada yaşayan oliqarxların böyük hissəsi pullarını Rusiyadan çıxarmaqla məşğuldurlar. Onların da iki yolu var. Ya öldürülürlər, ya da canlarını qaçıb qurtarırlar. Son bir ildə 11-12 nəfər öldürülüb, yaxud ölüb. Rubenin də qarşısında iki yol var idi. Ya hansısa bir yolla Rusiya vətəndaşlığından çıxmalı idi, ya da orada qalıb iflas olmağını gözləməli idi. Ruben birinci yolu seçib başqa ölkəyə qaçsa idi, onu da digərlərinin aqibəti gözləyirdi. Rubenin təkcə Rusiyada yox, bir çox ölkələrdə kapitalı var. Hətta qondarma rejimin “dövlət naziri” olmamışdan əvvəl Vardanyan Türkiyəyə səfər etmişdi. Türkiyədə onun erməni oliqarxlarla görüşü olmuşdu. Onlara gələcəkdə keçiriləcək seçkilərə müdaxilə etməyi və qarşıdurma yaratmağı tövsiyə etmişdi.

Ruben Vardanyanın təsis etdiyi “Avrora” cəmiyyəti var. O cəmiyyətin işi-gücü Afrika və Avropa dövlətlərində qondarma “erməni soyqırımı”nı qəbul etdirməkdən ibarətdir.

Ruben Vardanyanın iddiaları böyük idi. Rusiya-Ukrayna müharibəsindən 3 ay əvvəl Ruben Vardanyanın təqdimatı Rusiya mərkəzi bankına müavin vəzifəsinə verilmişdi. Vardanyanın bankların qeydiyyatı idarəsinə rəhbər vəzifəyə keçəcəyi gözlənilirdi. Daha sonra bu proses dayandı.

Vardanyanın məqsədi Azərbaycanla Ermənistanı yaxınlaşmağa qoymamaq və Azərbaycanla Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmaqdan ibarətdir”.

Səxavət Məmməd

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv