!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vardanyanın vətəndaşlıqdan imtinasının PƏRDƏARXASI: “Qarabağ ermənilərinin təmsilçisi kimi qəbul etsək...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Vardanyanı Qarabağ ermənilərinin təmsilçisi kimi qəbul etsə, Rusiya ilə danışıqlar aparmış olacaq”.

Bunu erməniəsilli milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığında imtina etməsinin pərdəarxasında duran məsələlərdən danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vardanyanı heç bir halda qəbul etmək olmaz:

“Fikirləri Vardanyanı Azərbaycana sırımaqdır. Vardanyan Qarabağda artıq rus yox, erməni vətəndaşı kimi fəaliyyətini davam etdirəcək Azərbaycan Vardanyanı Qarabağ ermənilərinin təmsilçisi kimi qəbul etsə, Rusiya ilə danışıqlara girmiş olacaq. Buna görə də Vardanyanı heç bir halda qəbul etmək olmaz. Bizə iməsələni Rusiya ilə deyil, Qarabağ erməniləri ilə həll etmək lazımdır.

Qarabağ ermənilərinin mənafeyinin nəzərə alacaq biri ilə danışmaq lazımdır. Əgər belə biri tapılsa, Qarabağ erməniləri Vardanyanın yox, həmin adamın başına toplaşacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv