!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vardanyanın Xankəndi “BLOKADASI”: “Ermənilər bu səbəbdən Qarabağdan qaçır...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycana inteqrasiya etmək istəyən ermənilər çoxdur. Sadəcə olaraq onlar “xain” damğası ilə ya həbsə atılır, ya da öldürülür”.

Bunu Azərbaycana inteqrasiya etmək istəyən Xankəndi ermənilərinə qarşı Vardanyanın fəaliyyətindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Xankəndidən ermənilərin qaçma səbəbi Qarabağda separatçılıq meyillərinin hökm sürməsidir:

“Separatçılıq meylinin davam etməsi, eyni zamanda xaricdən göndərilmiş Vardanyanın xaos yaratmaq cəhdləri Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə bəllidir. Onlar yalançı faşist ideologiyası ilə, separatçılıq meylləri ilə təkləndiklərini, bölgədə biabırçı vəziyyətdə qaldıqlarını yaxşı başa düşürlər. Bu səbəbdən Azərbaycana inteqrasiya etmək istəyən ermənilər çoxdur. Sadəcə olaraq onlar “xain” damğası ilə ya həbsə atılır, ya da öldürülür. Bu səbəbdən erməni əhali müxtəlif yollara əl ataraq Xankəndidən qaçmağa çalışır.

Separatçılıq meyillərinin sonu yoxdur. Xankəndidə yaşayan ermənilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hansısa qəsdlər edilə bilməyəciyini yaxşı başa düşür. Azərbaycan Respublikasının suverenliyinə qarşı atılan qəsdlərin qarşısı mütləq şəkildə dövlətimiz tərəfindən alınacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv