!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Varlı rus vətəndaşları Azərbaycan iqtisadiyyatına vəsait ayıra bilərlər" - ŞƏRH

!Reklam – Yazi

Rusiyanın Mərkəzi Bankı vətəndaşların banklarda xarici valyutada olan vəsaitlərinin, o cümlədən əmanətlərinin verilməsinin yeni qaydasını təsdiq edib. 9 mart – 9 sentyabr tarixlərini əhatə edəcək yeni qaydalara görə, müştəri hesabından nağd qaydada ən çoxu 10 min ABŞ dolları çıxara bilər. Vəsaitin qalan hissəsini konkret tarixdə bazar məzənnəsi ilə rublda çıxarmalıdır. Bankların ən azı sentyabra qədər əhaliyə valyuta satması qadağan olunur, ancaq əhalidən valyuta alışına icazə verilir.

İki ölkə arasındakı əməkdaşlığı nəzərə alsaq, Rusiyadakı bu qadağanın Azərbaycan iqtisadiyyatına mümkün təsirləri ilə bağlı bankçılıq üzrə ekspert Əkrəm Həsənov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Rusiyadakı mövcud iqtisadi vəziyyət Azərbaycan iqtisadiyyatı üçün müsbət şəraitə yol açır:

“Rusiyadakı məlum qadağa Azərbaycan iqtisadiyyatına birbaşa təsir etmir. Bu, Rusiyanın daxili işidir. Sadəcə dünya miqyasında Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlər fonunda rus sahibkarları və vətəndaşları Azərbaycana vəsait qoymağa üstünlük verəcəklər. Bura investisiya və əmanətlərin qorunması daxildir. Təbii ki, ruslar başqa postsovet ölkələrinə və Rusiyaya sanksiya tətbiq etməyən ölkələrə meyl edəcəklər. Varlı rus vətəndaşları Azərbaycan iqtisadiyyatına da vəsait ayıra bilərlər. Bütün hallarda qeyd olunan durum ölkəmiz üçün müəyyən üstünlük və gəlirlər qazandıracaq. Azərbaycan tərəfi elə addım atmalıdır ki, Qərb dövlətləri ölkəmizdə səhv tutmasın”.

Gülşən Şərif

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv