!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu keçirildi – VİDEO

!Reklam – Yazi

2024-cü il fevralın 18-də Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ilk dəfə olaraq Avropasa Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nu reallaşdırıb.

Yenicag.az xəbər verir ki, 2 gün davam edən Forumda öncə Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra isə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov Polşada yaşayan gənclərin diaspor işinə verdiyi töhfələrdən danışıb və bu kimi tədbirlərin reallaşmasının hər iki ölkə gənclərinin əlaqələndirilməsində müstəsna rolu olduğunu deyib.

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasyası (ASGA) İctimai birliyinin sədri, internet-media eksperti Səbuhi Abbasov göstərilən dəstəyə görə Gənclər Fonduna təşəkkür edib:

“Son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, lobbi.az saytını yaratmışıq”. SİTATIN SONU

Gənclər Fondunun rəsmisi Mübariz Qadirov, ASGA İdarə Heyətinin üzvü, iş adamı, “Minor” Holdinqin rəhbəri Murad Kərimov, Polşanın gənc ictimai xadimi Mariya Yaqodinskaya, Polşa Azərbaycanlıları Şurasının rəsmisi Şamo Qubadov, diaspor fəalı Tuncay Novruzzadə öz çıxışlarında xarici ölkələrdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib. Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.

www.yenicag.az

1416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv