!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vasif Məhərrəmlidən SƏRT QINAQ: “Düz danışana yer yoxdur, mütləq maska taxmalısan”

!Reklam – Yazi

“Bu cameədə düz danışan adama yer yoxdur. Mütləq cildə girməlisən, “maska” taxmalısan. Onda bəlkə səni sevərlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Vasif Məhərrəmli deyib.

Sənətçi xarakterində namərdlik olmadığını bildirib:

“Münasibətim soyuq olan və danışmadığım adamı hansısa məclisdə görəndə, yanındakılarla görüşürəmsə, mütləq onunla da görüşürəm. Onu digərlərindən ayırmıram. O, mənə bıçaq çəksə də belə… Hətta Allah eləməmiş düşmənəmsə də, bunu etməliyəm. Ola bilər digər məkanlarda üz-üzə gələndə görüşmərəm. Amma masada digərləri ilə görüşürəmsə, onunla da görüşürəm.

Bir xasiyyətimi də deyim. Hansısa xanım müğənni toyda, nişanda və digər məclislərdə mənim yanımdadırsa, onu sahiblənirəm. Bir adam ona “qaşın üstə gözün var” deyə bilməz. Hətta ilk dəfə gördüyüm xanım müğənni mənimlə toya gedirsə, heç kim onun xətrinə dəyə bilməz. Bunu mənimlə toya, məclisə gedən xanım müğənnilər gözəl bilir”.

Nehru

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv