Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Vasif Məhərrəmlini geyiminə görə təhqir etdilər – FOTO+VİDEO

Müğənni Vasif Məhərrəmli sosial şəbəkədə paylaşdığı fotosuna görə tənqidlərə tuş gəlib. Şəklin altında yazılan xoşagəlməz ifadələr müğənnini dilə gətirib.

Yenicag.az xəbər verir ki, sənətçi onu təhqir edən insanlara sərt reaksiya verib:

“Bu milləti başa düşmək olmur da. Mənim əzizlərim sizdən acizanə xahiş edirəm, kim məni bəyənmirsə, izləməsin. Ay bala, sənə maraqlı deyiləm, rədd ol. İzləmə də məni. Burada nə var ki…”

Müğənninin bu tərzdə cavabı insanlar tərəfindən narazılıqla qarşılanıb. İzləyiciləri bu sözlərin ona yaraşmadığını və şəxsiyyətinə xələl gətirdiyini bildiriblər.

Qeyd edək ki, tənqidlərə məruz qalan V.Məhərrəmlinin şortla çəkdirdiyi şəkildir. Sözügedən foto istirahət zamanı çəkilib.

Cəvahir
Yenicag.az

www.yenicag.az

632