!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Tağıyevin anası terrorçu barədə “edam cəzası” xəbərindən danışdı

!Reklam – Yazi

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı yaralanan Vasif Tağıyevin anası Təranə Tağıyeva terrorçunun edam cəzasına məhkum ediləcəyi barədə xəbərlərə münasibət bildirib.

Yenicag.az Pravda-ya istinadla xəbər verir ki, o, Y. Hüseynzadənin layiqli cəza alacağına ümid etdiyini deyib:

“Mətbuatda xəbərləri izləyirəm. Edam məsələsini eşitdik. Düzdür, kimliyindən asılı olmayaraq bir insan ölümüdür. Lakin bu mənada sevinə bilərik ki, övladlarımızın, Orxanın qanı yerdə qalmasın. Bu dövlət səviyyəsində olan, həm də siyasi məsələdir. Cənab Prezidentimiz bu məsələ ilə maraqlanır, sonuna qədər də özü nəzarət edəcək. Səfirlikdə törədilən terror təkcə bizim övladlarımıza qarşı deyil, dövlətimizə, Azərbaycana qarşı törədilib. Buna görə də bir valideyn kimi deyə bilərəm ki, ən ağır cəzanın verilməsini istəyirik. Yəqin ki layiqli cəzasına çatar”.

T. Tağıyeva oğlunun səhhəti barədə də məlumat verib: “Vasifin səhhəti düzəlir, yaxşıdır. Həkimlər deyiblər ki, sümük özü yavaş-yavaş bərpa olur. Əgər bərpa olmasa, çanaq sümüyündən götürüb Vasifi yenidən əməliyyat edə bilərlər. Allahın izni ilə buna ehtiyac qalmaz”.

 

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv