!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vaşinqton bu istəyi ilə Rusiya-Azərbaycan münasibətlərinin..." - ŞƏRH

!Reklam – Yazi

“Vaşinqtonun istəyi Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaq və təsir imkanlarını azaltmaqdır”.

Bunu Vaşinqtonda Azərbaycan-Ermənistan liderləri arasında gözlənilən görüşdə əldə olunacaq mümkün müsbət nəticələr haqqında danışan politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Qarabağ problemini dövlətimizin suverenliyi kontekstində ədalətli həlli üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır:

“Ermənistanla yaşadığımız münaqişəli münasibətin sülhə doğru yönləndirilməsi üçün Rusiya, Avropa vasitəçiliyi ilə keçirilən bir sıra görüşlərdə iştirak etmişik. Bu mənada, ABŞ-nin də Cənubi Qafqaz maraqlarını göz önünə gətirsək, Vaşinqton öz moderatorluğu ilə Ermənistan-Azərbaycan arasında gərginliyin sonlanmasına çalışır.

Vaşinqtonun istəyi Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaq və təsir imkanlarını azaltmaqdır. Vaşinqton bu istəyi ilə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına səbəb ola bilər. Lakin ABŞ Rusiya ilə münasibətlərimizin pozulacağı təqdirdə, Azərbaycana təhlükəsizliyin təmin olunması barədə təminat vermir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv