!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaşinqton bu zaman Ukraynaya yardımı dayandıracaq” - NYT

!Reklam – Yazi

“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğal etdiyi əraziləri azad etmə əməliyyatı gələn ay başlayacaq, çünki ABŞ-nin Kiyevə hərbi yardım üçün büdcəsi sentyabra qədər tükənə bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri silah çatışmazlığı, şəxsi heyət və bir sıra ciddi problemlərlə qarşı-qarşıyadır:

“Əgər Ukrayna ordusu əks-hücum əməliyyatları zamanı əhəmiyyətli əraziləri ələ keçirə bilməsə, Vaşinqtondan ayrılan maliyyə minimuma endirilə və ya dayandırıla bilər. Ukrayna qoşunları təmas xəttinin dar bir hissəsini kütləvi atəşə tutmaqla əks-hücuma keçəcək. Ardınca isə istehkamçı qrupları və tankların irəliləyişi müşahidə olunacaq.

Ukrayna Silahlı Qüvvələri Krıma quru yolunu bağlamalı, yarımadada yerləşən Rusiya bazalarını əlçatan etməlidir. Bunun üçün isə Azov dənizinə çıxmaq və Melitopol istiqamətində 80 kilometr irəliyə getmək lazımdır. Həmin istiqamətdə Rusiya müdafiə istehkamlarının tikintisi ilə məşğuldur.

Digər problem isə Ukrayna hərbçilərinin əhvali-ruhiyyəsidir ki, onu yuxarı saxlamaq hər gün daha da çətinləşir”.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv