!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton görüşündən GÖZLƏNTİLƏR: “Bu olmasa, Rusiyadakı müzakirələrdən fərqlənməyəcək” - ŞƏRH

!Reklam – Yazi

“Vasitəçilər Ermənistana real təzyiqlər göstərərək görüşlərin daha praktik olmasına çalışmalıdır. Əks halda Vaşinqton görüşü heç bir mənada Rusiyadakı görüşlərdən fərqlənməyəcək”.

Bunu Azərbaycan-Ermənistan liderlərinin keçiriləcək Vaşinqton görüşündə münasibətləri gərgin iki ölkə arasında müsbət addımların atılma ehtimalını dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vaşinqton görüşünün reallaşması artıq aydın məsələdir. Üzümüzə gələn ay yalnız Vaşinqtonda deyil, Rusiyada da görüşlərin keçirilməsi planlaşdırılır:

“Əslində Qərb mərkəzli görüşlər Azərbyacanın maraqlarına daha uyğundur. Çünki Vaşinqton formatında Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi həm ABŞ rəhbərliyi, həm də Qərbin beyin mərkəzləri tərəfindən artıq təsdiqlənmiş bir məsələdir. Bu baxımdan, Vaşinqton görüşünün reallaşması Azərbaycan-Ermənistan münasibətlərində növbəti addımı atmaq üçün bir vasitə ola bilər. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası ilə yanaşı digər məsələlərlə bağlı yarı qalan işlərin məhz Vaşinqton görüşü nəticəsində tamlığa qovuşacağını düşünürəm. Bu məsələdə Azərbaycanın iradəsi konkretdir. Vasitəçilər Ermənistana real təzyiqlər göstərərək görüşlərin daha praktik olmasına çalışmalıdırlar. Əks halda Vaşinqton görüşü heç bir mənada Rusiyadakı görüşlərdən fərqlənməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv