!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton görüşündən sonrakı GƏRGİNLİK: "Rusiya oyundan kənarda qalıb, bu da Moskvanı..."

!Reklam – Yazi

“Proseslərin hansı yöndə inkişaf etməyindən asılı olmayaraq, sülh sazişi gec-tez imzalanacaq”.

Bu fikirləri sülh danışıqları fonunda törədilən təxribatlar haqqında danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, əgər Rusiya, ABŞ, yaxud kollektiv Qərb Cənubi Qafqazda həqiqətən sülh istəsə, kimin vasitəçiliyi ilə necə olmasından asılı olmayaraq fərq qoymaz, proseslərə maneə yaratmaz:

“Cənubi Qafqazda söz sahibi olmaq uğrunda Rusiya-Qərb arasında qısqanclıq dolu mübarizə gedir. Regionda gedən oyunları dərk etməyən Ermənistan müxtəlif qüvvələrin oyuncağına çevrilib.

Bir neçə müddətdir Vaşinqtonda Ermənistan-Azərbaycan XİN rəhbərləri arasında görüşlər keçirilir. Rusiya oyundan kənarda qalıb, bu da Moskvanı narahat edir. Sülh istəyən qüvvələr razılığın necə əldə olunmasına fərq qoymamalıdır.

Prezident İlham Əliyev dəfələrlə sülh mesajı verərək münasibətlərin normallaşdırılması yolunda Ermənistana düzgün istiqamətdə getməyi təklif edib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməməlidir, beynəlxalq miqyasda tanınan ərazilərimizi qəbul etməlidir. Əks halda, Azərbaycanın gücünü göstərməsinə heç bir qüvvə təsir edə bilməz.

Münaqişənin uzadılması yalnız Rusiyanın deyil, regionda marağı olan digər qüvvələrin də istəyidir. Əgər, həqiqətən, sülh istəsəydilər, 30 il ərzində bu məsələni həll edərdilər. Azərbaycan öz gücü ilə bu məsələni həll etdi.

Rusiya sülhün üçtərəfli bəyannaməyə əsasən əldə olunmasını istəyirsə, buyursun. Azərbaycanın tək istəyi sülhün əldə olunmasıdır. Azərbaycan üçtərəfli bəyannamə ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ermənistan isə heç bir öhdəliyi yerinə yetirməyib.

Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir. Azərbaycanın irəli sürdüyü beş bəndlik sülh şərtlərini hər kəs bəyənib. Ermənistan da bunu qəbul etməli və sülh sazişi imzalamalıdır. Proseslərin hansı yöndə inkişaf etməyindən asılı olmayaraq, sülh sazişi gec-tez imzalanacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv