Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vaşinqtonda gərginlik - Tramp tərəfdarları prezident kürsüsündə yarıçılpaq şəkil çəkdirdi - FOTO / CANLI

20:05

ABŞ Prezidenti Donald Trampın 10 mindən çox tərəfdarı seçkilərin nəticələrinə etiraz olaraq Vaşinqtonda aksiyalara başlayıb.

Minlərlə etirazçı Ağ Evin yaxınlığına toplaşaraq, Trampın çıxışını gözləyib.

Daha sonra etirazçılar Konqresin seçkilərin nəticələrini təsdiq edəcəyi Kapitoliyə yürüş edib.

Donald Trampın tərəfdarları Kapitolinin binasına girməyə çalışır.

***

23:18

Hazırda həmin ərazidə Tramp tərəfdarları ilə polis arasında toqquşmalar var. Etirazçıların qarşısını kəsmək üçün polis gözyaşardıcı qazdan istifadə edir. Atışma nəticəsində bir nəfər sinəsindən yaralanıb. Yaralanan şəxs qadındır.

***

Etirazçılar polis kordonunu yararaq binalardan birinə girməyi bacarıblar.

Toqquşmalar nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

***

Toqquşmalarda bir neçə polis əməkdaşı da xəsarət alıb.

Qeyd edilir ki, yaralı polis əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib.

***

23:45

ABŞ Senatı etirazlara görə iclası dayandırıb. Etirazçılar senatorlarla görüş tələb edir.

***

Konqres binasına daxil olan nümayişçilər iclasların keçirildiyi əsas salona giriblər.

Burada prezident kürsüsünə çıxan yarıçılpaq Tramp tərəfdarları xatirə şəkli çəkdiriblər.

 

www.yenicag.az

1815