!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtonda XİN başçılarının görüşü: ABŞ Azərbaycan və Ermənistanın arxasında duracaq ki... - ŞƏRH

!Reklam – Yazi

“ABŞ çalışır ki, tərəflərin liderləri Moskvaya gedəndə Putinə “yox” deyə bilsinlər”.

Bu sözləri Ermənistan-Azərbaycan arasındakı sülh ehtimalı, Rusiya və ABŞ-nin bu yöndə yarışını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan və Ermənistan razılaşsa, ABŞ tərəflərin arxasında duracaq:

“Ləng də olsa, addım-addım hadisələr Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına doğru inkişaf edir.

Burada əsas məsələ şərtlərin necə olacağıdır. Rusiya çalışır ki, özünü tərəflərə hami, zamin kimi sırısın. Müqavilə əgər Rəsmi Moskvanın istədiyi şəkildə imzalansa, Rusiyanın hüquqi cəhətdən imkanı olacaq ki, gəlib iki ölkənin işlərinə qarışsın. ABŞ isə özünün dünyadakı qüdrətini, təsir imkanlarını düzgün qiymətləndirir və onlar razıdır ki, sülh müqaviləsində onların adı getməsin. Çünki bilir ki, onsuzda əlini masaya çırpsa, Azərbaycan və Ermənistan onun sözünü eşidəcək. Rusiya isə öz gerçək gücünün azlığını dərk edir və çalışır ki, hüquqi sənətdə onun müdaxilə hüququ öz əksini tapsın.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə ümumi meyarları razılaşdırsalar, bu, o deməkdir ki, ABŞ Azərbaycan və Ermənistana arxalarında duracağı zəmanətini verir.

ABŞ bunları ona görə edir ki, tərəflərin liderləri Moskvaya gedəndə Putinə “yox” deyə bilsinlər. Əgər Putinə yox deyilsə, ABŞ Azərbaycan və Ermənistanın arxasında dağ kimi duracaq. Siyasi oyunun mahiyyəti bundan ibarətdir. ABŞ istəyir ki, regionda təsir gücünü artırsın. Rusiya isə çalışır ki, zəifləsə də, regionda öz təsir gücünü qoruyub saxlasın”.

Səxavət Məmməd

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv