!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtondan Ankaraya F-35 BASQISI: “Türkiyənin bu diqtə qarşısında geri çəkilməsi...”

!Reklam – Yazi

“Türkiyə öz milli təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində gərəkən bütün addımları atacaq”.

Bu fikirləri ABŞ-ın F-35 proqramına yenidən qəbulu üçün Ankaraya yönəlik şərtlərinin qəbuledilməzliyini vurğulayan professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu yanaşması açıq-aşkar diqtədir və Ankaranın bununla razılaşması mümkün deyil:

“Fikrimin əvvəlində qəti şəkildə deyə bilərəm ki, ABŞ-ın Türkiyəyə qarşı bu tövrü birmənalı diqtədir və Ankara tərəfindən qəbul edilə bilməz. Bildiyiniz kimi, Türkiyənin F-35 proqramından kənarlaşdırılmasının səbəbi olaraq, Rusiyadan S-400 raket komplekslərinin alınması göstərilir.

Ancaq məlumdr ki, Türkiyə bu addımı ABŞ-ın “Patriot” sistemlərinin satışından imtina etdikdən sonra atdı. Digər tərəfdən, Türkiyə S-400 komplekslərini almazdan öncə bu istiqamətdə Çinlə də danınşıqlar aparırdı. Lakin o müzakirələr nəticəsiz qalmışdı.

Yekunda Türkiyə öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rusiyadan S-400 raket sistemlərini almalı oldu. Burada məsələ raket komplekslərinnin hansı ölkədən alınması deyil. Gəlin baxaq, Türkiyənin bu addımı NATO Nizamnaməsinə ziddirmi? Xeyr. O halda bu təzyiqlərin arxasında başqa məqamların dayandığı üzə çıxır.

Bu baxımdan, Türkiyənin F-35 proqramında iştirakının bərpası üçün ABŞ-ın diqtəsini qəbul etməsi, konkret desək, öz müstəqil siyasətindən geri çəkilməsi nə indi, nə də gələcəkdə mümkün deyil. Dediyim kimi, Türkiyə öz milli təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində gərəkən bütün addımları atacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv