!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtondan Yaxın Şərqə uzanan “ÇOMAQ”: “ABŞ qoşunlarını İranla sərhəddə saxlayaraq...”

!Reklam – Yazi

“Ermənilərin Qarabağdan könüllü köçünü “etnik təmizləmə” kimi qələmə verməyə çalışan Qərb İsrailin bu etdiklərini görmək istəmir”.

Bu fikirləri İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsi və Yaxın Şərqdə münaqişə coğrafiyasının genişlənməsi haqda danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, mövcud şəraitdə münaqişələrin miqyasının genişlənməsinin səbəbkarı İsraildir:

“Açıq desək, indiki halda münaqişənin miqyasının artmasının səbəbi İsrailin addımlarıdır. HƏMAS-la toqquşmalarda 1200 israilli və 24 min fələstinli həlak olub. Ancaq bununla da ürəkləri soymur. Onlar fələstinliləri öz yurdlarından çıxarmaq, konkret desək, etnik təmizləmə aparmaq istəyirlər.

Ermənilərin Qarabağdan könüllü köç etmələrini “etnik təmizləmə” kimi qələmə verməyə çalışan Qərb İsrailin bu etdiklərini görmək istəmir. ABŞ Aralıq dənizinə iki aviadaşıyıcı gəmi gətirmişdi ki, Livanı, İranı hədələsin və o ölkələr münaqişəyə qarışmasınlar. Buna cavab olaraq husilər İsrail ərazisini, Qırmızı dənizdəki gəmiləri atəşə tuturlar. Belə olduqda isə münaqişənin miqyası genişlənir.

İranın İraqdakı ABŞ hərbi bazalarını vurması bir sıra sual doğurur. ABŞ İraqda nə üçün hərbi baza saxlayır? Kimi hədələyir? ABŞ qoşunlarını İranla sərhəddə saxlayaraq, onu hədələyir. İran da buna cavab verir, əlindən gələni edir. Nə İranda, nə ABŞ-də, nə İsraildə, nə Fələstində mübahisəli məsələləri sakit oturub, dinc yolla həll etmək üçün siyasi iradə yoxdur. Bu da onu göstərir ki, dünya çox naqis dünyadır”.

Səxavət Məmməd

www.yenicag.az

1972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv