!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtonla London arasında BOMBA ZİDDİYYƏTİ: Fikir ayrılığı necə çözüləcək?

!Reklam – Yazi

Ukraynaya hərbi yardım məsələsində ABŞ və Böyük Britaniya arasında ziddiyyət yaranıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Qərb koalisiyasının Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya kaset bombaları göndərmək qərarı Londonda birmənalı qarşılanmayıb.

Qeyd olunur ki, Britaniya hökuməti hərbi əməliyyatlarda kaset bombalarından istifadə edilməsini məqbul saymır. Lakin ukraynalı hərbi ekspert, “Defense Express” informasiya-konsaltinq şirkətinin direktoru Sergey Zqurets bildirib ki, Londonun bu mövqeyi həmin bombaların Ukraynaya göndərilməsinə mane olmayacaq:

“Bizə kaset bombaları göndəriləcək. Çünki bu, Ukraynanın müharibədə duyduğu hərbi ehtiyacları nəzərə alan ABŞ-nin qərarıdır. Britaniyanın mövqeyi isə siyasi xarakterlidir və onlar müvafiq konvensiyaya qoşulduqları üçün fərqli mövqedən çıxış etmələri mümkün deyil”.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv