!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtonun Suriya DEMARŞI: “ABŞ oradakı hərbi qüvvələrini artırmaqla...”

!Reklam – Yazi

“Ehtimal etmək olar ki, ABŞ Əsəd rejiminin özünü qorumağı bacarması və mövqelərini gücləndirməsi ilə barışmayıb”.

Bu fikirləri ABŞ-ın Suriyanın kürd terror təşkilatlarının nəzarətində olan bölgələrdə hərbi kontingentini artırmasını şərtləndirən səbəbləri şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ bununla Rusiyanın Suriyada zəifləməsi ilə yaranacaq boşluğu məhz özünün doldurması üçün preventiv tədbirlər görür:

“2019-cu ilin oktyabrında Türkiyə Silahlı Qüvvələrinin “Sülh mənbəyi” antiterror əməliyyatına başlaması ilə Pentaqon qoşunlarının bir hissəsini Suriyanın şimal-şərqindən bu ölkənin şərqindəki neft yataqları istiqamətində geri çəkmişdi. ABŞ-nin hərbi mövcudluğu bu gün də Suriyanın Hasəkə, Raqqa və Deyr əz-Zor vilayətlərində qalır.

2019-cu ildə nəzərdə tutulurdu ki, Suriyada bir neçə yüz ABŞ əsgəri saxlanılacaq və onlar ümumi sayı 800-dən 1,5 min nəfərə qədər olan Avropa ölkələrinin hərbi personalı ilə birlikdə olacaq. Lakin, o zaman prezident Trampın planı baş tutmadı və hazırda Vaşinqton Suriya siyasətini Rusiya ilə qarşıdurma və qlobal miqyasda hərbi iştirakını gücləndirmək perspektivindən yeniləyir.

Rusiya Suriyada əvvəlki kimi effektiv təsir imkanlarına malik deyil. Eyni zamanda, İranın da oradakı imkanalrının zəifləməsi fonunda Türkiyənin də potensialının azalması müşahidə olunur. Başqa sözlə, Ankara indi Vaşinqtonun maraqlarını daha çox nəzərə almağa məcburdur. O baxımdan, ehtimal etmək olar ki, ABŞ Əsəd rejiminin özünü qorumağı bacarması və mövqelərini gücləndirməsi ilə barışmayıb.

Güman ki, Vaşinqton əsas vəzifəsini Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması, yaxud əhəmiyyətli dərəcədə zəifləməsindən sonra yaranacaq yeni vəziyyətə hazırlıqlı olmaqda görür. Digər tərəfdən, amerikalılar Rusiyanın zəifləməsi ilə yaranacaq boşluğu məhz özünün doldurması üçün preventiv tədbirlər görür. Belə düşünmək olar ki, amerikalılar YPG, PYD kimi Türkiyənin terrorçu hesab etdiyi təşkilatlara yardımı artıra da bilər”.

A.Zeynalov

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv