!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaxtı bitən vəsiqələrlə səs vermək olacaq?

!Reklam – Yazi

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər.

Yenicag.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır:

“Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.

MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur:

“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verilir. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv