!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaxtı keçmiş pesto yeyən qadın İFLİC OLDU - FOTO

!Reklam – Yazi

Braziliyalı qadın bazardan aldığı saxlama müddəti ötmüş pesto yedikdən sonra iflic olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. 47 yaşlı Doralis Karneiro Sobreira Goes  müvəqqəti iflic olmasına səbəb olan botulizm infeksiyası səbəbilə bir il xəstəxanada yatıb.

Dövlət qulluqçusu və gimnast olan 47 yaşlı Doralis Karneiro Sobreira Goes yerli bazara gedərək müxtəlif yeməklərdə istifadə etmək üçün bir banka şam qozunun delikatesini alıb. Lakin etiketində son istifadə tarixi göstərilməyən “dadlı” pestonu yedikdən az sonra xəstələnib.

Məhsulun üzərində heç bir son istifadə tarixi olmadığını deyən Goes ertəsi gün özünü pis hiss etdiyini bildirib:

“Ertəsi gün 11 saat yatdım. Özümü yaxşı hiss etmirdim, nəfəsim getdikcə pisləşirdi və dilimin parcalandığını hiss etdim”, Goes deyib.

Düz 2 il xəstəxanada yatan Doralis indi yeməyini haradan aldığına son dərəcə diqqət yetirir:

“Restoranlarda, mağazalarda və yarmarkalarda alış-veriş edərkən diqqətli oluram”.

Xuraman Etibarlı

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv