Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vaxtından tez qocalmanın əsas SƏBƏBİ

Xroniki stress vəziyyətində yaşayan qadınlarda hüceyrə səviyyəsində gedən qocalma prosesləri daha sürətli olur.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı ağır xəstə uşaqları olan qadınların orqanizmində gedən proseslər araşdırılaraq bu qənaətə gəlinib.

Məlum olub ki, xroniki stress xromosom strukturlarına təsir edir, hüceyrələri “sındırır”.

Bunun səbəbini alimlər hormonların təsirində görür. Stress zamanı orqanizm xüsusi stress-hormonları (kortizol, adrenalin, noradrenalin) ifraz edir. Bu hormonların təsiri qısamüddətli olarsa, orqanizmdə ciddi dəyişikliklər baş vermir. Lakin uzun müddət ərzində orqanizmdə yüksək səviyyədə olan stress-hormonları hüceyrələrin nüvəsini sındıra və onun genomuna təsir edə bilir.

www.yenicag.az

4426