!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vəfa Zülfüqar: “Bura Hollivud deyil ki, baş rola çəkilmək üçün...”

!Reklam – Yazi

“Azərbaycan Türkiyə, Hollivud, yaxud da başqa bir ölkə deyil ki, desinlər, film və seriallarda baş rola çəkilmək rejissorun yatağından keçir”.

Bunu küçədən keçən, qeri-peşəkar aktrisaların baş rollara çəkilməsi ilə bağlı sualımızı cavablandırarkən aktrisa Vəfa Zülfüqar Yenicag.az-a açıqlamasında deyib.

O, rejissorların həvəskar aktyor və aktrisalara üstünlük verməsinin səbəblərini açıqlayıb:

“Rejissorların çoxu film və serial çəkilişləri zamanı istedadsız, yeni başlayan və aktrisa olmaq istəyən həvəskar, daha dəqiq desək, qeyri-peşəkarlara üstünlük verirlər. Bunun da səbəbləri var. Çünki həmin həvəskarlar rejissorun ona verəcəyi qonorarın məbləği ilə razılaşırlar. Bu və digər baxımdan qeyri-peşəkarlarla işləmək daha rahatdır. Peşəkarların isə öz tələbləri var və aydın məsələdir ki, hər rejissor o tələblərin qarşılığını verə bilmir.

Amma bunu bütün rejissorlara da şamil etmək olmaz. Rejissorlarımız var ki, yalnız peşəkarlarla işləməyə üstünlük verir və həmişə də peşəkar aktyor, peşəkar aktrisa ilə çalışır. Seçimi də onlara verir. Hər şey pula bağlıdır. Əgər əldə yaxşı məbləğ varsa, peşəkar axtarışına çıxırlar. Əldə pul yoxdursa, o zaman həvəskar çəkilir.
Azərbaycan Türkiyə, Hollivud, yaxud da başqa bir ölkə deyil ki, desinlər, baş rola çəkilmək rejissorun yatağından keçir. Bilmirəm, bəlkə elə bizdə də var belə şeylər. Bəlkə, yox, elə bizdə də var, amma barmaqla sayılacaq qədər azdır. Hər şey tapılan spronsor və ayrılan büdcədən asılıdır. Başqa heç bir səbəb görmürəm”.

Cəvahir

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv