!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəfaddin İbayev yeni vəzifəyə təyin olundu

!Reklam – Yazi

Hüquq üzrə fəlsəfə doktoru Vəfaddin Ələm oğlu İbayev Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

İnstitutdan Yenicag.az-a verilən məlumata görə, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə  V.İbayevi bu gün İnstitut əməkdaşlarına təqdim edib.

 

Qeyd edək ki, V.İbayev 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon Polis şöbələrində müstəntiq və baş müstəntiq vəzifələrində işləyib.

 

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində “Beynəlxalq hüquq məsələləri” şöbəsinin müdiri, 2022-ci ilin yanvar ayına kimi Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi vəzifələrində çalışıb.

 

O, “Beynəlxalq humanitar hüquq”, “Beynəlxalq mülki proses”, “İşgəncələr qadağandır” kimi kitablar da daxil olmaqla, beynəlxalq hüquq və insan hüquqlarına aid 25 kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv